10 C
Baku
Thursday, December 12, 2024

Qanun aliliyi indeksinə görə ölkələr – SİYAHI

“World Justice Project” beynəlxalq təşkilatı qanunun aliliyi üzrə dünya reytinqini təqdim edib. Ümumilikdə, reytinqə 140 ölkə daxil olub. Siyahıda göründüyü kimi, ilk onluqda Danimarka, Norveç, Finlandiya, İsveç, Hollandiya, Almaniya, Yeni Zelandiya, Lüksemburq, Estoniya və İrlandiya yer alıb.

Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.

MDB ölkələri arasında Qazaxıstan 65-ci, Ukrayna 76-cı, Özbəkistan 78-ci, Rusiya isə 107-ci sırada qərarlaşıb. Qeyd edək ki, Türkiyə reytinqdə 116-cı yeri tutub.

Sonuncu pillələrdə Haiti, Konqo, Əfqanıstan, Kamboca və Venesuela yerləşir. Tam siyahıya buradan baxa bilərsiniz. “World Justice Project” vurğulayır ki, qanunun aliliyi ardıcıl beşinci ildir ki, bütün dünyada azalır. Təkcə bu il ölkələrin 61%-də qanunun aliliyinə əməl olunması azalıb.

Qanunun aliliyi indeksi 2010-cu ildən tərtib edilir. O, ölkələrin hüquqi mühitin təmin edilməsi sahəsində nailiyyətlərini ölçür: ekspertlər qanunun aliliyi prinsiplərinin gündəlik həyatda necə həyata keçirildiyini müəyyən edirlər. Məlumatlar səkkiz meyar üzrə qruplaşdırılıb: hökumət institutlarının məhdud səlahiyyətləri, korrupsiyanın olmaması, hökumət institutlarının şəffaflığı, fundamental hüquqların qorunması, nizam və təhlükəsizlik, hüquq-mühafizə, mülki və cinayət ədaləti.

Son xəbərlər
Digər xəbərlər