14 C
Baku
Saturday, September 28, 2024

Azərbaycanda daşınmaz əmlak qeydiyyatı 18% artıb

2022-ci ilin yanvar-sentyabr ayları ərzində 259 798 daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatı aparılıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 18.1% çoxdur.

Əmlak Məsələləri Dövlət Xidmətindən Banker.az-a verilən məlumata əsasən, 9 aylıq göstəricinin 63 315-i (24.4%) ilkin, 196 483-ü (75.6%) isə təkrar qeydiyyatın payına düşüb.

Qeyd edək ki, ötən ilin eyni dövrü ilə müqayisədə cari ilin yanvar-sentyabr ayları ərzində ilkin qeydiyyat 30,3% artıb.

Mülkiyyət hüquqlarının qeydiyyatı aparılan əmlaklardan 36 718-i fərdi yaşayış və bağ evi, 65 872-si mənzil, 148 840-ı torpaq sahəsi, 2 636-sı qeyri-yaşayış binası, 5 101-i qeyri-yaşayış sahəsi, 589-u əmlak kompleksi, 41-i çoxmərtəbəli yaşayış binası, 1-i isə çoxillik əkmələrdir. Dövlət Xidmətindən verilən məlumata görə, 9 ay ərzində dövlət qeydiyyatına alınan daşınmaz əmlakların 26.2%-i Bakı şəhərinin, qalanı isə bölgələrin payına düşür.

Həmçinin, bildirilir ki, ötən ilin eyni dövrü ilə müqayisədə cari ilin yanvar-sentyabr ayları ərzində torpaq sahələrinin ilkin qeydiyyatı 2.8 dəfə artaraq 32 327 olub.

Göstəricilər

2021
yanvar-sentyabr

2022
yanvar-sentyabr

Ötən ilin müvafiq dövrünə nisbətən

+ / –

% – lə

Dövlət qeydiyyatının sayı

CƏMİ

219968

259798

39830

18,1%

ilkin qeyd

48607

63315

14708

30,3%

təkrar qeyd

171361

196483

25122

14,7%

Fərdi yaşayış və bağ evi ilkin qeyd

11844

11746

-98

-0,8%

təkrar qeyd

23416

24972

1556

6,6%

Mənzillər ilkin qeyd

21844

16799

-5045

-23,1%

təkrar qeyd

44919

49073

4154

9,2%

Torpaq sahələri ilkin qeyd

11632

32327

20695

177,9%

təkrar qeyd

97121

116513

19392

20%

Qeyri yaşayış binası ilkin qeyd

269

387

118

43,9%

təkrar qeyd

2291

2249

-42

-1,8%

Qeyri-yaşayış sahəsi ilkin qeyd

2929

1960

-969

-33,1%

təkrar qeyd

3111

3141

30

1%

Əmlak kompleksi ilkin qeyd

74

87

13

17,6%

təkrar qeyd

483

502

19

3,9%

Çoxmərtəbəli yaşayış binaları ilkin qeyd

15

9

-6

-40%

təkrar qeyd

20

32

12

60%

Çoxillik əkmələr ilkin qeyd

0

0

0

təkrar qeyd

0

1

1

 

Son xəbərlər
Digər xəbərlər