13 C
Baku
Sunday, September 29, 2024

Ilon Mask “Twitter”in 5 direktorunu işdən azad edib

İlon Mask “Twitter”i 44 milyard dollara alıb, bu barədə “CNBC” müxbiri David Faber məlumat yayıb. Milyarder özü sosial şəbəkələrdə belə bir tvit paylaşıb: “Quş azadlığa buraxılıb”.

Sosial şəbəkənin rəhbəri olduqdan sonra sahibkar 2021-ci ilin sonundan Cek Dorsini əvəz edən şirkətin baş direktoru Paraq Aqraval və maliyyə direktoru Ned Seqalı işdən azad edib.

Müxtəlif mənbələrdən əldə edilən məlumata görə, həmçinin müştəri əlaqələri direktoru Sara Personett, baş hüquqşünas Şon Edgett və korporativ siyasət direktoru Vicay Qadde şirkətdən uzaqlaşdırılıb.

Banker.az bu barədə “Vc.ru”ya istinadən xəbər verir.

“Insider” işdən çıxarılmaya görə rəhbər işçilərin alacağı təzminatları hesablayıb: Aqraval – 38.7 milyon dollar, Siqala – 25.4 milyon dollar, Qadde – 12.5 milyon dollar, Personett – 11.2 milyon dollar.

İşdən çıxarılan direktorları kimin və nə vaxt əvəz edəcəyi hələki məlum deyil, nə onlar, nə Mask, nə də “Twitter”in mətbuat xidməti bu barədə mediaya hər hansı şərh verməyib. Oktyabrın 28-də şirkətin işçilərlə ümumi yığıncağı keçirilməlidir.

“The Verge” qeyd edir ki, sosial şəbəkənin yeni sahibinin siyasətinin nə olacağı da hələki bəlli deyil. “The Washington Post”un mənbələri onun ştatın 75%-ni işdən çıxarmaq istədiyini, lakin sahibkarın özü bunu təkzib etdiyini deyir.

25 aprel 2022-ci ildə Mask “Twitter”in hər səhmini 54.2 dollara alacağını və şirkəti özəlləşdirəcəyini açıqlamışdı. May ayında Mask sosial şəbəkədə saxta hesabların yoxlanılmasının nəticələrini gözlədiyi üçün sövdələşməni dayandırdığını elan etmişdi. Artıq iyul ayında o, müqavilənin bir neçə bəndinin pozulması səbəbindən müqavilədən imtina etdiyini açıqlamışdı. Mask danışıqların dondurulmasının səbəblərindən biri kimi Putinin 9 may tarixli çıxışı adlandırmışdı.

Maskın “Twitter”i almaqdan imtina etdikdən sonra şirkət onu məhkəməyə verib. Məhkəmə prosesinin oktyabrın ortalarında sürətləndirilmiş rejimdə keçirilməsi gözlənilib. Sentyabr ayında “Twitter” səhmdarları şirkətin ələ keçirildiyini və birjadan çıxdığını səs çoxluğu ilə təsdiq ediblər.

Oktyabrın 4-də məlum olub ki, Mask sosial şəbəkəni daha əvvəl səsləndirilmiş qiymətə – 44 milyard dollara almağı təklif edib. Vəkillər hesab ediblər ki, bu yolla sahibkar məhkəmə prosesindən yayınmaq istəyir. Nəticədə, məhkəmə prosesi oktyabrın 28-nə kimi təxirə salınıb.

Son xəbərlər
Digər xəbərlər