10 C
Baku
Monday, November 18, 2024

Norveç Rusiyaya qarşı sanksiyaları genişləndirdi

Norveç Rusiyaya tətbiq edilən sanksiyaları genişləndirib.

Bu barədə Norveç hökumətinin saytında məlumat yayılıb.

Yeni sanksiya siyahısına 30 fiziki şəxs və 7 şirkət daxil edilib. Siyahıda Rusiya tərəfindən ilhaq edilən Ukrayna bölgələrinə təyin olunan “məmurlar”ın da adları var.

Yeni sanksiyalar paketi, həmçinin rusiyalılara və Rusiyanın hüquqi şəxslərinə kriptovalyuta sahəsində xidmət göstərilməsini, mühəndislik, memarlıq, hüquqi, eləcə də İT sahəsində məsləhət verilməsini qadağan edir.

Həmçinin polad məmulatlarının, maşın və avadanlıqların, plastik məmulatların, nəqliyyat vasitələrinin, tekstil məmulatlarının, ayaqqabıların, dəri, keramika, bəzi kimyəvi məhsulların və qızıl olmayan zərgərlik məmulatlarının idxalına əlavə məhdudiyyətlər tətbiq edilib.

Ümumilikdə Norveçin sanksiya siyahılarında 1260-a yaxın rusiyalı və 115 rus təşkilatı var. Ukraynada müharibə başlayandan Norveç Aİ-nin Rusiyaya qarşı tətbiq etdiyi bütün sanksiyalara qoşulub.

Son xəbərlər
Digər xəbərlər