ABŞ Prezidenti Cozef Bayden noyabrda Misir, Kamboca və İndoneziyaya səfər edəcək və Balidə keçiriləcək iyirmilik qrupunun (“G20”) sammitində iştirak edəcək.
Bu barədə Ağ evin mətbuat katibi Karin Jan-Pyer bildirib.
Sənəddən belə çıxır ki, C.Bayden noyabrın 11-də Misirin Şarm əl-Şeyx şəhərində keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP27) 27-ci Tərəflər Konfransında iştirak edəcək.
ABŞ lideri noyabrın 12-13-də ABŞ-ASEAN sammitinin keçiriləcəyi Pnompendə olacaq.
Bayden 13-16 noyabr tarixlərində Balidə olacaq. O, “G20” sammitində iştirak edəcək. İndoneziyada keçirilən bu forumda Amerika lideri “energetika və ərzaq təhlükəsizliyi sahəsində “əsas məsələlərin həlli üçün iyirmilik qrupundakı tərəfdaşlarla işləyəcək”.