Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov ölkədə fəaliyyət göstərən bankların rəhbərlərilə görüşərək banklararası pul bazarının aktivləşdirilməsini müzakirə edib.
Banker.az xəbər verir ki, Taleh Kazımov bu barədə özünün “Twitter” hesabında qeyd edib.
O bildirib ki, görüşdə yeni əməliyyat çərçivəsi, banklararası pul bazarının aktivləşdirilməsi, açıq bazar və daimi imkanlar alətlərinin işə salınması, bunlarla bağlı digər mövzuları ehtiva edən təqdimatlar ətrafında geniş müzakirələr keçirilib. Həmçinin 12-17 oktyabr tarixlərində Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun illik toplantılarında iştirakımız çərçivəsində banklararası əlaqələrin inkişafı, müxbir hesabların yaradılması istiqamətində şaxələndirmənin təmin edilməsi məqsədilə keçirilmiş görüşlərin nəticələri barədə fikir mübadiləsi aparılıb.