14 C
Baku
Sunday, November 24, 2024

“Twitter”in işdən çıxarılan top-menecerləri $122 mln. təzminat alacaqlar

“Twitter”in yeni sahibi olan İlon Mask tərəfində işdən çıxarılan top-menecerlərə təqribən 122 milyon dollar təzminat veriləcək. “Equilar” tədqiqat şirkətinin məlumatına görə, ən böyük “qızıl paraşüt” şirkətin keçmiş baş direktoru Paraq Aqvalda olacaq – 57.4 milyon dollar.

Qeyd olunduğu kimi, sosial şəbəkənin keçmiş maliyyə direktoru Ned Siqal 44.5 milyon dollar, hüquq şöbəsinin keçmiş rəhbəri Vicay Qadde isə 20 milyon dollar təzminat alacaq.

Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.

Top-menecerlərə verilən “qızıl paraşüt” onların illik əmək haqqının 100%-i, tibbi sığorta və kapital kompensasiyası kimi məbləğləri özündə birləşdirir. Vurğulanır ki, işdən çıxarılan top-menecerlərə təzminat ödəməkdə rədd cavabı verilə bilər, lakin o halda ki, “İlon Maskın müqavilə öhdəliklərini yerinə yetirməmək üçün əsaslı səbəbləri varsa”.

Son xəbərlər
Digər xəbərlər