9 C
Baku
Monday, November 18, 2024

Günay Bank “küləyin əksinə” üzmək istəyir

“Günay Bank” ASC müddətli depozitlərinin faizlərini endirib, “küləyin əksinə” hərəkət etmək istəyir.

Banker.az-ın Monitorinq Qrupu bildirir ki, bank manatda olan Müddətli depozit məhsulunun illik ödəniş faizlərini 1 faiz bəndi endirib.

İndi ölkədə Mərkəzi Bank iqtisadiyyatı əmanət yerləşdirməyə meyilli görmək istəyir. Səbəb isə ölkədəki inflyasiyadır. Anti-inflyasiya tədbiri olaraq uçot faiz dərəcəsini 7.25%-dən 8.00%-ə  qaldırıb ki, bu da əhali üçün depozit yerləşdirməyi digər investisiya alətlərindən daha gəlirli edir. Ətraflı.

“Günay Bank”, 500- 100 000 manat məbləğlərdə yerləşdirilən depozitlərə müddətin sonuna 11.5% deyil, bundan sonra 10.5% illik ödəniş faizi təklif ediləcək.

100 000 manat məbləğ üzərində olan depozitlərin faiz dərəcələri isə 11%-dən 10%-ə endirilib.

Qeyd edək ki, 2022-ci ilin üçüncü rübündə əhali “Günay Bank” ASC-də olan depozitlərini azaldıblar.

Belə ki, fiziki şəxslərin “Günay Bank”dakı depozitləri 2022-ci ilin üçüncü rübü ərzində 13.08 milyon, yaxud 15%-dən çox azalmaqla 72.69 milyon manata enib. Fiziki şəxslərin depozitlərinin həcmi 1 iyul tarixində 85.77 milyon manat idi. Ətraflı.

 

Son xəbərlər
Digər xəbərlər