14 C
Baku
Saturday, November 23, 2024

Avropada qazın qiyməti 1 200 dollara qədər ucuzlaşıb

Bu gün keçirilən hərraclar zamanı Avropada qazın 1 000 kubmetrinin qiyməti 1 210 ABŞ dolları civarında qərarlaşıb.

Banker.az xəbər verir ki, 1 noyabr tarixində dekabr fyuçerslərinin qiyməti TTF (Niderlandın “Title Transfer Facility”i – Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə 1 210.4 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (1 433.3 dollar) ilə müqayisədə 4.1% azdır.

Xatırladaq ki, bu ilin 7 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 3 900 dollaradək yüksəlib.

 

Son xəbərlər
Digər xəbərlər