10 C
Baku
Saturday, November 23, 2024

Sahibi aqrar şirkətə 12 milyon manatdan çox kapital yatırır

“Gilan Holdin” MMC-yə bağlı aqrar şirkətində rəhbər dəyişikliyindən sonra ona böyük kapital qoyulur.

Bu barədə Banker.az-ın əldə etdiyi məlumatda deyilir.

İki ay öncə rəhbəri dəyişmiş “Aqro-Azərinvest” MMC-nin nizamnamə kapitalı son əməliyyat nəticəsində düz 1 581 dəfə artırılıb. Beləliklə, üzüm istehsal edənşirkətin təsisçisi nizamnamə kapitalını 12.13 milyon manat (12 132 565 manat) artırılmaqla 12.14 milyon manata (12 140 242 manat) çatdırılıb.

Bundan öncə nizamnamə kapitalı 7 677 manata idi.

Qeyd edək ki, iki ay öncə şirkətə Famil Kərimov rəhbər təyin edilmişdi.

“Aqro-Azərinvest” şirkəti 2004-cü ildə Azərbaycanın Qəbələ rayonunda təsis edilmişdir. Onun məqsədi şərab istesalıdır.

Son xəbərlər
Digər xəbərlər