24 C
Baku
Thursday, September 19, 2024

Ən təhlükəsiz aviaşirkətlər hansılardır?

Avstraliyalı yazıçı-aviator Cefri Tomas tərəfindən yaradılmış saytın komanda üzvləri iki illik tədqiqatla dünyanın ən təhlükəsiz aviaşirkətlərinin reytinqini tərtib etmişlər. Onlar bütün dünya üzrə 425 aviaşirkəti “ulduz” sistemi ilə qiymətləndirmişlər.

Ulduzun sayına görə şirkətlərin də etibarlılıq dərəcəsi artır. Ümumilikdə isə 137 aviaşirkət 7 ulduzla qiymətləndirilib və bunlar arasında British Airways, Flybe, Virgin Atlantic, Lufthansa və Aer Lingus da var.

Ryanair, EasyJet, Monarch və Jet2.com – a 5 ulduz nəsib olub.

40-dan artıq aviaşirkətə 3 və daha az ulduz verilib. Bunların sırasında isə Lion Air (İndoneziya), Yeti Airlines (Nepal) və Solomon Airlines (Solomon adaları) var.

Sayt yeni məlumatlar əldə edərək daim yenilənəcək. Bundan öncə, aviaşirkətlərin təhlükəsizliyi ilə bağlı məlumat dərc edən JACDEC adlı alman tədqiqat şirkəti dünyada ən təhlükəsiz aviaşirkət olaraq “Finnair”-i müəyyən etmişdi. Air New Zealand, Cathay Pacific, Emirates və Etihad da ən təhlükəsiz aviaşirkətlər reytinqində ilk beşliyə daxil idilər.

Son xəbərlər
Digər xəbərlər