Hollandiyanın “Veon” telekommunikasiya holdinqi Rusiyadakı “VimpelCom” aktivini satmaq niyyətində olduğunu açıqlayıb. Şirkət başqa təfərrüatları açıqlamayıb. Bildirilir ki, holdinq Rusiyadakı biznesinə nəzarəti top-menecmentə verməyi planlaşdırır.
Banker.az bu barədə “The Bell”ə istinadən xəbər verir.
Son vaxtlarda “Vimpelcom” qeyri-dost yurisdiksiyadan olan xarici səhmdara malik olduğu üçün bir çox tənzimləyicinin məhdudiyyətlərinə məruz qalmışdır. Xüsusilə də şirkətin dövlət sifarişlərinə çıxışı itirdiyini vurğulamaq olar.
“Veon”un 25%-i Mixail Dridman, German Xan və Aleksey Kuzmiçev tərəfindən təsis edilmiş “Letterone Holdings”ə məxsusdur. Onların hər biri, eləcə də şura üzvü Pyotr Aven yazdan bəri Qərb ölkələrinin sanksiyaları altındadır.