8 C
Baku
Friday, November 29, 2024

Türkiyədə inflyasiyada yeni rekord: 85.51%

Türkiyə Statistika Komitəsi rəsmi inflyasiya məlumatlarını açıqlayıb.

Banker.az xəbər verir ki, buna görə inflyasiya oktyabr ayında 3.54% artıb. İllik inflyasiya 85.51%-ə yüksəlib.

2022-ci ilin oktyabr ayında bir əvvəlki ilin eyni ayına nisbətən ən çox artım qeydə alınan əsas qrup 117.15% ilə nəqliyyat, ən az artım göstərən əsas qrup isə 33.48% ilə rabitə olub.

Oktyabr ayında bir əvvəlki aya görə ən çox artım qeydə alınan əsas qrup 8.34% ilə geyim və ayaqqabı olub. Ən az artım göstərən əsas qrup isə 0.36% ilə təhsil olaraq açıqlanıb.

 

Son xəbərlər
Digər xəbərlər