Bəs siz bunları bilirsinizmi …?
- ABŞ banknotlarının 97%-də kokain izləri var.
- Leonardo da Vinçi Mona Lizanın dodaqlarını 12 il ərzində çəkmişdir.
- İnsanlar həyatlarının iki həftəsini işıqforun yaşıl işığını gözləməyə sərf edirlər.
- İş yerlərində ölüm hallarının əsas səbəbi qətldir.
- “Ok” dünyada ən populyar sözdür.
- Araxis – dinamitin tərkib hissələrindən biridir.
- Metro-Goldvin Mayer loqotipindəki şir çəkilişlərdən bir gün sonra öz təlimçisini öldürmüşdür.
- Ayda üç qolf topu var.
- Kirli qar təmiz qara nisbətən daha tez əriyir.
- Bir ofis masasında ayaq yolundan 400 dəfə artıq bakteriya var.
- 1111111 х 1111111 = 1234567654321
- Gözü açıq asqırmaq mümkün deyil.
- 4 yaşlı uşaq gün ərzində 400-ə yaxın sual verir.
- Alabamada kilsədə insanlarda gülüş doğuracaq formada bığ saxlamaq qadağandır.
- Gülmək üçün 40 əzələni, tapançanın tətiyinə isə basmaq üçün 4 əzələni işə salmaq lazımdır.
- Guinness gün ərzində 7 000 000 stəkan pivə satır.
- Milyonerlərin həyat yoldaşları adətən müəllimələr olur.
- Birinci sinifə təzəcə gedən bir uşaq artıq müxtəlif şirkətlərin 200-ə qədər loqotiplərini tanımağı bacarır.
- 1932-ci ildə o dərəcədə şaxta var idi ki, Niaqara şəlaləsi tamamilə donmuşdu.
- Qabıqsız ilbizin 4 burnu var.
- Albert Eynşteyn heç cür öz telefon nömrəsini yadda saxlaya bilmirdi.
- Dövlət məktəblərində işləyən müəllimlərin üçdə biri öz övladlarını özəl məktəblərə göndərir.
- Qədim mayyalılar 21.12.2012 tarixində dünyanın sonunun gələcəyinə, həmçinin Ah Mun adlı qarğıdalı tanrısının olduğuna inanırdılar.
- Elektrikli stul stomatoloq tərəfindən icad olunub.
- Vaşinqton və Cefferson öz plantasiyalarında çətənə becərirdilər.