Azərbaycanda dövlətə məxsus olan “AzerGold” QSC ötən il xərclərinin artmasında digər əsas drayver investisiya xərcləri ilə bağlı olub.
Banker.az xəbər verir ki, bu barədə dövlət şirkətinin maliyyə hesabatına “PwC” tərəfindən verilən audit rəyində bildirilir.
Bildirilir ki, “AzerGold” QSC 2021-ci ildə tikili və avadanlıqlar, mədənlərin işlənməsi üzrə 28.75 milyon ABŞ dolları, yaxud 48.88 milyon manatlıq məsrəf edib.
Bu da illik müqayisədə bu qəbildən olan məsrəflərin 3 dəfə artması deməkdir.
Dövlət şirkətinin kəşfiyyat və qiymətləndirmə aktivləri üzrə investisiya məsrəfləri 17.59 milyon dollar təşkil edib.
“AzerGold” QSC Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 11 fevral 2015-ci il tarixli 1047 nömrəli Sərəncamına əsasən təsis edilib.
“AzerGold” QSC ölkə ərazisində əlvan və qara metal filizi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, idarə olunması, bu metalların hasilatı, emalı və satışı, bu sahədə yeni texnologiyaların tətbiqi, maddi-texniki bazanın müasirləşdirilməsi və ondan səmərəli istifadə, habelə bu sahənin inkişafı ilə bağlı digər işləri yerinə yetirir.