8 C
Baku
Monday, November 18, 2024

Rusiyanın qızıl-valyuta ehtiyatları $9.1 mlrd. artıb

Oktyabrın 28-nə olan məlumata görə, Rusiyanın qızıl-valyuta ehtiyatlarının həcmi həftə ərzində 1.7% və ya 9.1 milyard dollar artaraq 550.1 milyard dollar təşkil edib. Xatırladaq ki, bundan əvvəl Rusiyanın beynəlxalq ehtiyatları iki həftə dalbadal azalıb. Oktyabrın 21-nə olan məlumata görə, ehtiyatların həcmi 541 milyard dollar olub.

Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.

May ayında Avropa İttifaqı Rusiya Mərkəzi Bankının təxminən 23 milyard avro, ABŞ isə 100 milyard dollar məbləğində aktivlərini dondurub. Avropa komissarı Didier Reyndersin sözlərinə görə, bu pullar Ukraynanın yenidən qurulmasına kömək etmək üçün istifadə oluna bilər.

Son xəbərlər
Digər xəbərlər