13 C
Baku
Thursday, May 9, 2024

İpoteka istiqrazları üzrə hərracın keçiriləcəyi tarix açıqlanıb

10 noyabr 2022-ci il tarixində Bakı Fond Birjasında (BFB) İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) 30 000.000 manat həcmində adlı, sənədsiz, faizli ipoteka istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək. Banker.az İKZF-yə istinadən xəbər verir ki, istiqrazlar 1 002.2500 manat qiyməti ilə satışa çıxarılacaq.

Mərkəzi Bank tərəfindən İKZF-nin adlı, sənədsiz, faizli ipoteka istiqrazlarının Baza emissiya prospekti 19 sentyabr 2022-ci il tarixində qeydə alınıb. Emissiyanın ümumi həcmi 100 000 000 AZN, bir istiqrazın nominal dəyəri 1 000 AZN, istiqraz üzrə illik faiz dərəcəsi 3% təşkil edir.

Baza emissiya prospektinə əsasən, yerləşdirmə kütləvi təklif üsulu ilə BFB vasitəsi ilə keçiriləcək. Depozitar və Reyestrsaxlayıcı xidmətlər Milli Depozit Mərkəzi tərəfindən göstəriləcək.

Son xəbərlər
 ⁠
Digər xəbərlər