13 C
Baku
Saturday, November 9, 2024

HR-direktor haqqında ibratamiz hekayə

Bir dəfə çoxlu uğur sahibi olmuş bir xanım HR-direktoru (kadrlarla iş üzrə direktor) avtobus vurur. Onun ruhu cənnətin darvazalarına doğru göyə qalxır, burada isə xanımmı müqəddəs Pyotr özü qarşılayır. 

– Səmaya xoş gəlmisiniz , – o deyir –amma indiyə qədər HR-mütəxəssislərdən heç kəs cənnətdə əbədi həyata bu qədər yaxın olmadığından, biz bilmirik, sizinlə bağlı hansı qərarı verək.

– Sadəcə məni cənnətə buraxın.

– Mən çox şad olardım, amma yuxarıdan bir əmr almışam. Biz sizə öncə bir günü cəhənnəmdə, daha sonra isə bir günü cənnətdə keçirməyi təklif edirik.

Sonra isə siz özünüz əbədi həyatı keçirmək ilə bağlı seçim edə bilərsiniz.

– Mən artıq qərar vermişəm. Cənnətə düşməyi daha üstün tuturam.

– Amma bizim bir qaydamız var, əvvəlcə cəhənnəm.

-Pyotr lifti işə salır və HR-direktor aşağı, cəhənnəmə gedir. Qapılar açılanda xanım görür ki, çox gözəl bir qolf meydanının ortasında dayanıb, yaxınlıqda isə balaca bir kənd klubu var, burada o, özünün tanış HR-direktorları ilə rastlaşır. Onlar əylənir, öz HR həyatlarının yaxşı vaxtlarını xatırlayırdılar.

İblislə görüş də xanım direktoru xeyli təəccübləndirir, çünki o təsvir edildiyindən xeyli mülayim və ürəyəyatımlı idi. Çoxlu rəqslər və gözəl şam yeməyi olur. Bundan sonra o, hamı ilə sağollaşıb liftə minir və növbəti günü cənnətdə keçirmək üçün səmaya yollanır. Burda o arfada çalır və müxtəlif nəğmələr ifa edirdi. Vaxt göz qırpımında keçir. Müqəddəs Pyotr gəlir və ondan hansı seçimi etdiyini soruşur.

– Düzünə qalsa, mən əvvəllər heç ağlıma gətirə bilməzdim ki, belə bir addıma cəsarət edərəm. Axı səma mənim çox xoşuma gəldi, amma cəhənnəmdə yenə də daha şən və əyləncəli idi.

Pyotr onu liftə qədər yola salır və direktor aşağıya yola düşür. Qapılar açılanda isə o quru bir səhraya düşür və burda hər şey ona xarabalığı xatırladır.

O, öz həmkarlarını acınacaqlı vəziyyətdə (üst-başları pis gündə) kisələrə zir-zibil yığdığını görür. İblis ona yaxınlaşıb, əlindən tutur.

– Mən başa düşmürəm, — hıçqıraraq, xanım direktor dillənir, — axı dünən hər şey gözəl və şən idi, indi isə çox dəhşətlidir və mənim dostlarım bu görkəmdə…

– Dünən biz səni işə götürürdük, bu gün isə sən artıq ştatdasan, – iblis cavab verir.

Son xəbərlər
Digər xəbərlər