14 C
Baku
Sunday, November 24, 2024

“Twitter” işçilərinin 50%-ni ixtisar edib

“Twitter” işçilərinin 50%-ni, moderatorlar ştatının isə 15%-ni ixtisar edib, bunu şirkətin təhlükəsizlik və etika prinsiplərinə riayət şöbəsinin rəhbəri Yoel Rot deyib. Bildirilir ki, kütləvi ixtisarlar ən az dezinformasiya ilə mübarizə şöbəsinə təsir edib.

Banker.az bu barədə “Vc.ru”ya istinadən xəbər verir.

“Insider”in vurğuladığı kimi, işçilər ixtisarlar haqqında “Twitter-dəki rolunuz” başlığı ilə göndərilən elektron məktubdan öyrəniblər. Bununla yanaşı, şirkətin bütün ofisləri müvəqqəti bağlanıb.

İlon Mask “Twitter”i 2022-ci ilin oktyabr ayının sonunda alıb. O, demək olar ki, dərhal şirkətin beş top-menecerini, baş və maliyyə direktorunu işdən çıxarıb.

Son xəbərlər
Digər xəbərlər