21 C
Baku
Thursday, September 19, 2024

ABŞ pulları haqqında maraqlı məlumatlar

  • 1864-cü ildə amerikan qəpiklərinin üzərində “In God We Trust” (“Biz ALLAHa inanırıq”) yazısı əmələ gəldi. Bir il sonra isə Cənubi Amerika hökuməti bu sözləri dövlət devizi hesab etməyi qərara aldı. Bir çoxumuza məlumdur ki, bu gün ki günümüzdə bu devizin bütün ABŞ banknotlarının üzərində çap olunması təxirə salınmazdır.
  • 1886-cı ildə ABŞ qanunvericiliyi banknotların üzərində hələ həyatda olan insanların rəsmlərinin təsvir olunmasını qadağan etdi. 1929-cu ildən ABŞ valyuta nişanlarının üzərində eyni insanlar təsvir olunur.
  • ABŞ-da ən çox 1 dollar nominalında olan banknot çap olunur və demək olar ki, bunlar ümumi pul məbləğinin yarısını təşkil edir. Demək lazımdır ki, 8 milyon ABŞ banknotu Yer kürəsini 30 dəfə əhatə edə bilər. Çox az adam bilir ki, ABŞ-da ən məşhur banknot 1 və 20 dollardır. Dünyada isə ən məşhur banknot 100 dollar hesab olunur.
  • ABŞ rəhbərliyi 2016-cı ildə 1 və 2 dollarlıq banknotları dövriyyədən çıxarmaq və onları eyni nominallı qəpiklərlə əvəz etməyi planlaşdırır.
  • Nə qədər qəribə görünsə də ABŞ-da dollarları həmçinin “greenbacks” də adlandırırlar. Bu söz digər üzü yaşıl rəngdə olan faizsiz veksellərdən qaynaqlanır.
  • Demək lazımdır ki, ABŞ rəhbərləri heç vaxt dolların amortizasiyasını həyata keçirməmişlər. Buna görə də onlar tam nominala malikdirlər. Rəngə qayıtsaq, ABŞ-ın son buraxılan banknotu bir çox rəngli fonlarla 20 dollarlıq serkifikat oldu, bu yaşıl rəngdə idi.
  • Marta Vaşinqton ilk və yeganə qadın idi ki, onun rəsmi 1886, 1891 və 1896-cı illərdə karton pulları bəzəyirdi. Qeyd etmək lazımdır ki, ən böyük banknot 1943-cü ildə buraxılan 100 min dollarlıq qızıl sertifikat idi.
Son xəbərlər
Digər xəbərlər