18 C
Baku
Friday, November 22, 2024

İndoneziya Bali adasına reysləri məhdudlaşdıracaq

İndoneziya G20 Sammiti günlərində Bali adasının “Denpasar” aeroportunun beynəlxalq və daxili kommersiya aviareyslərinin qəbulunu məhdudlaşdıracaq.

Bu barədə İndoneziya Nəqliyyat Nazirliyi məlumat yayıb. Nazirliyin mülki aviasiya departamentinin baş direktoru Nur İsnin İstiartono jurnalistlərə deyib ki, bu sənəd G20 Sammitinin təhlükəsiz və maneəsiz təşkili məqsədilə qəbul edilib.

Baş direktorun sözlərinə görə, yeni uçuş qaydaları noyabrın 12-dən 18-dək qüvvədə olacaq. Bununla yanaşı, baş direktor Bali adasında sutka ərzində fəaliyyət göstərəcək 11 köməkçi aeroportun da yaradıldığını bildirib. Həmin aeroportlardan sammitin VIP təyyarələrinin qəbulu zamanı istifadə olunacaq.

Xatırladaq ki, G20 liderlərinin Sammiti noyabrın 15-16-da Bali adasında keçiriləcək.

MənbəAzertac
Son xəbərlər
Digər xəbərlər