14 C
Baku
Saturday, November 23, 2024

Məşhur bankir istefa verir, fotoqraf kimi fəaliyyətə başlayır

İsveçrə bankı UBS-in risklər üzrə baş direktoru Kristian Bluhm, fotoqrafiyaya olan həvəsini tam ştatlı işə çevirmək üçün nəhəng İsveçrə bankından istefa verəcəyini açıqlayıb. Qeyd edək ki, Bluhm 2016-cı ildən bu vəzifədə çalışır. Bu müddət ərzində bank İsveçrəli rəqibi Credit Suisse-ə zərbə vuran bir çox qalmaqallarda iştirak etməkdən yayına bilib.

Banker.az Financial Times-a istinadən xəbər verir ki, qeyri-adi karyera dəyişikliyi çərşənbə axşamı elan edilib. Bluhm UBS-nin İsveçrənin tarixi Sürix şəhərindəki baş qərargahından qısa bir məsafədə yerləşən studiya və qalereya açacaq.

Riyaziyyat təhsili almış 53 yaşlı alman bankir işinə zaman ayırmaq üçün may ayında bankdan ayrılacağını açıqlayıb.

Bluhm, həmçinin fotoqrafiya xidmətlərinin siyahısını təqdim edən vebsayt yaradıb. Saytda qeyd edilir ki, fotoqrafiya şirkəti şəhər və təbiət fotoşəkilləri, toy, moda və profil çəkilişləri kimi xidmətlər göstərir. Bluhm karyerasını dəyişmək qərarı ilə bağlı deyib: “Bu təcrübə məni o qədər heyran etdi ki, peşəkar fotoqrafiyada heç vaxt bitməyən səyahətə çıxdım”.

Bluhmun bu addımı Bank of America Merrill Lynch müqavilələr üzrə eksperti Metyu Qrinburqu xatırladır. Belə ki, Qrinburq karyerası ərzində RBS-nin ABN Amro-nu və Lloyds Bank-ın HBOS-u alması kimi böyük müqavilələr üzrə məsləhətlər vermişdi. O, 2010-cu ildə 49 yaşında bankir kimi fəaliyyətinə son verdi və karyerasını fotoqrafiya sahəsində davam etdirdi.

UBS Avropanın baş direktoru Kristin Novakoviç də 2007-ci ildə İsveçrə bankına qoşulmazdan əvvəl iki il ərzində sənət əsərlərini satmışdı.

 

 

 

Son xəbərlər
Digər xəbərlər