Ukrayna ordusu Xerson vilayətinin 60 yaşayış məntəqəsinə nəzarəti bərpa edib.
Bu barədə Ukrayna prezidenti Volodimir Zelenski televiziya ilə müraciətində bildirib.
“Bu axşama olan məlumata görə müdafiə qüvvələrimiz Xerson vilayətinin 60-dan çox yaşayış məntəqəsinə nəzarəti bərpa edib. Xerson şəhərinin özündə sabitləşdirmə tədbirləri görülür” – deyə prezident vurğulayıb.
Zelenski azad edilmiş ərazilərdə çox sayda partlayıcı qurğu olduğunu bildirib.