İsrail Müdafiə Qüvvələri Qəzza zolağı ilə sərhədin daxil olduğu cənub hərbi dairəsində planlaşdırılmış iki günlük hərbi təlimlərin başladığını elan edib.
Bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
“Hərbi təlimlər ölkənin cənubunda başlayır və sabah axşam başa çatması gözlənilir”, – məlumatda deyilir.
Manevrlər 2022-ci il üçün təlim proqramı çərçivəsində əvvəlcədən planlaşdırılıb.