9 C
Baku
Monday, November 18, 2024

BFB-nin sədri: Korporativ qiymətli kağızlar bazarı bu il rekord vura bilər

Bu il Azərbaycanda korporativ qiymətli kağızlar bazarının həcmi rekord səviyyədə arta bilər.

Bunu Bakı Fond Birjasının (BFB) idarə heyətinin sədri Eldar Abdullayev deyib.

O bildirib ki, 2000-ci ildən etibarən BFB-də korporativ kapital bazarı üzrə defolt qeydə alınmayıb. Bu ilin yanvar-oktyabr aylarında isə korporativ qiymətli kağızlar bazarı ötən ilin eyni dövrünə nisbətən 22% artıb. “Bu isə onu deməyə əsas verir ki, bu il də bu bazar üzrə rekord vuracağıq”- E.Abdullayev əlavə edib.

Onun sözlərinə görə, hazırda bank və bank olmayan kredit təşkilatları ilə yanaşı, qeyni-neft sektorunda fəaliyyət göstərən şirkətlərin korporativ qiymətli kağızlar bazarına marağı artıb: “Korporativ sektor bank kreditlərindən daha çox mütəşəkkil kapital bazarlarına yönəlməyə başlayıb. Çünki bank kreditlərindən fərqli olaraq emitent hansı faizlə və hansı həcmdə vəsait cəlb edəcəyini müəyyən edir. Eyni zamanda girovsuzdur. Emitentlərin 99%-i bizə girovsuz olaraq müraciət edir”.

Qeyd edək ki, bu ilin yanvar-oktyabr ayları üzrə korporativ qiymətli kağızlar bazarının həcmi 993.3 milyon manat təşkil edib.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər