Müvafiq qurumlar tərəfindən verilən məlumata görə, İstanbulun İstiqlal küçəsində, Taksim meydanında noyabrın 13-də baş verən partlayış nəticəsində aralarında Azərbaycan vətəndaşları yoxdur.
Bu barədə Azərbaycanın İstanbuldakı Baş konsulluğunun yaydığı məlumatda deyilir.
“İstanbulun İstiqlal küçəsində, Taksim meydanında noyabrın 13-də baş verən partlayış nəticəsində 6 nəfər ölüb, 81 nəfər xəsarət alıb. Xəsarət alanların 50 nəfəri ilkin yardım göstərildikdən sonra evə buraxılıb. Hazırda xəstəxanalarda müalicə alan 31 yaralı var. Onlardan 8-i xarici vətəndaşlardır. Müvafiq qurumlar tərəfindən verilən məlumata görə, ölən və yaralananların arasında Azərbaycan vətəndaşları yoxdur”, – konsulluqdan bildirilib.
Bu gün Baş konsul Nərminə Mustafayeva hadisə yerinə gedib. O, terror qurbanlarının xatirəsini anıb, gül dəstələri düzüb.