Böyük Britaniya Fransa ilə ölkəyə qanunsuz daxil olmağa çalışan şəxslərlə bağlı razılaşma əldə edib.
Yeni razılaşmaya əsasən Fransanın şimalındakı sahillərdə patrul xidməti edən zabitlərin sayı 40% artırılacaq, yük maşınları vasitəsilə qeyri-qanuni girişin qarşısını almaq üçün Fransada liman təhlükəsizliyi infrastrukturuna investisiya ediləcək.
Böyük Britaniya Fransa sərhəd polisinə kömək etmək üçün etdiyi illik ödənişləri 54.8 milyon funt-sterlinqdən 63 milyon funt sterlinqə qaldıracaq.
Britaniyanın Baş naziri Rişi Sunak qeyri-qanuni miqrasiya ilə mübarizənin hökuməti üçün mütləq prioritet olduğunu deyib.
Qeyd edək ki, bu il indiyədək 40.000-dən çox insan İngilis kanalı üzərindən Britaniyaya qanunsuz daxil olub.