14 C
Baku
Saturday, November 23, 2024

Türkiyədə ABŞ-Rusiya danışıqlarının detalları açıqlanıb

Türkiyənin Ankara şəhərində ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Uilyam Börns və Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin arasında keçirilən görüşün detalları açıqlanıb.

Bu barədə ABŞ Milli Təhlükəsizlik Şurasının nümayəndəsi açıqlama yayıb.

Görüşdə Rusiyada həbsdə olan ABŞ vətəndaşlarının işi, eləcə də Kremlin nüvə silahından istifadəsinin nəticələrini müzakirə edilib.

ABŞ nümayəndəsi nüvə silahından istifadənin nəticələri və strateji sabitliyin artması riskləri barədə bildirib.

Qeyd edilir ki, danışıqlar zamanı Ukrayna böhranının həlli müzakirə mövzusu olmayıb.

Son xəbərlər
Digər xəbərlər