10 C
Baku
Friday, December 13, 2024

“Google” qanunsuz izləməyə görə ABŞ-a təzminat ödəyəcək

“Google” texnologiya şirkəti istifadəçilərin yerini qeyri-qanuni izlədiyinə görə ABŞ-ın bir sıra ştatlarına 391,5 milyon dollar ödəməyə borcludur.

Bu barədə Miçiqan Baş Prokurorluğunun saytında bildirilib.

Miçiqan və digər 39 ştat prokurorları bununla bağlı “Google” şirkəti ilə məhkəməyə qədər razılaşma əldə edib.

Bu, ABŞ tarixində məhkəməyə qədər ən böyük razılaşma hesab edilir. Ümumi kompensasiyadan Miçiqan ştatı 12 milyon dollar alacaq.

Qeyd edək ki, “Google”a qarşı araşdırma 2018-ci ildən başlayıb.

Son xəbərlər
Digər xəbərlər