10 C
Baku
Thursday, December 12, 2024

Siyəzən-Türkmənbaşı kabel xətti Avropadan Cənubi Asiyaya ən qısa rəqəmsal dəhliz olacaq

Avropanı Mərkəzi və Cənubi Asiyaya bağlayacaq rəqəmsal telekommunikasiya dəhlizinin formalaşmasını nəzərdə tutan “Rəqəmsal İpək Yolu” (Digital Silk Way) layihəsi 10-11 noyabr tarixlərində Türkmənistanın paytaxtı Aşqabad şəhərində keçirilmiş “TürkmenTel 2022” Konfransında təqdim edilib.

Konfransda rəqəmsallaşma, vahid kommunikasiya, peyk texnologiyaları, kibertəhlükəsizlik kimi mövzular üzrə geniş müzakirələr aparılıb, təqdimatlar edilib.

“AzerTelecom” şirkətinin Direktorlar Şurasının sədri Fuad Allahverdiyev konfransda “Bağlantı” (Connectivity) panelində çıxış edib. O, “AzerTelecom” şirkəti tərəfindən icra olunan “Rəqəmsal İpək Yolu” (Digital Silk Way) layihəsinin Asiya seqmenti olan Xəzər dənizinin dibi ilə Azərbaycan-Türkmənistan marşrutu üzrə magistral fiber-optik kabel xəttinin (Transxəzər Fiber Optik Kabel Xətti) reallaşmasından danışıb.

Layihəyə böyük beynəlxalq marağı vurğulayan Fuad Allahverdiyev sualtı infrastruktur layihəsinin reallaşması üçün layihənin icraçıları (“AzerTelecom” və “TürkmenTelekom”) tərəfindən birgə müəssisənin yaradılması istiqamətində işlərin başladığını qeyd edib.

Bildirilib ki, layihənin icrası Azərbaycan və Türkmənistanın telekommunikasiya sektoru, ümumilikdə isə regionda telekommunikasiya ekosisteminin inkişafına mühüm töhfə verəcək. Azərbaycanla Türkmənistan arasında Siyəzən və Türkmənbaşı coğrafi nöqtələri arasında Xəzər dənizinin dibi ilə magistral kabel xəttinin çəkilməsi Avropa ilə Cənubi Asiya arasında ən qısa və məlumat ötürülməsində sürətin yüksək olduğu rəqəmsal dəhlizi formalaşdıracaq.

“AzerTelecom” Azərbaycanın aparıcı topdansatış telekommunikasiya operatorudur. Şirkət müxtəlif sahələrdə və ölkələrdə fəaliyyət göstərən “NEQSOL Holding” beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər