Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Beyləqan rayonunda əməliyyat keçirib.
Əməliyyat nəticəsində İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Xidmətinin Beyləqan Ərazi Dövlət Kadastrı və Daşınmaz Əmlakın Reyestri İdarəsinin arxiv şöbəsinin müdiri Dəyanət Atakişiyev saxlanılıb. O, rüşvət almaqda şübhəli bilinir.