11 C
Baku
Tuesday, November 26, 2024

Rusiya İrlandiyanın baş nazirinə sanksiya tətbiq etdi

Rusiya Xarici İşlər Nazirliyi İrlandiyaya qarşı sanksiyalar tətbiq edib.

Siyahıya İrlandiyanın Baş naziri Maykl Martin də daxil olmaqla 52 irlandiyalı daxil edilib.

Bildirilib ki, sanksiyaların səbəbi Avropa İttifaqının Rusiya vətəndaşlarına viza verilməsini çətinləşdirən qərarları və ruslara müxtəlif məhdudiyyətləri tətbiq etməsidir.

Həmçinin, sanksiya siyahısına İrlandiya Baş nazirinin müavini Leo Varadkar, İrlandiyanın ədliyyə naziri Helen Makenti, İrlandiyanın maliyyə naziri Paschal Donohoe və İrlandiyanın müdafiə naziri və xarici işlər naziri Saymon Koveni daxildir.

Son xəbərlər
Digər xəbərlər