Rusiya xarici işlər naziri Sergey Lavrov noyabrın 22-23-də Ermənistanda Xarici İşlər Nazirləri Şurasının, Müdafiə Nazirləri Şurasının və KTMT Təhlükəsizlik Şurasının Katiblər Komitəsinin birgə iclasında iştirak edəcək.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat Departamentinin direktor müavini İvan Neçayev brifinq zamanı deyib.
Onun sözlərinə görə, iclas iştirakçıları təşkilat çərçivəsində xarici siyasət, hərbi və antiterror əməkdaşlığına dair qərarlar paketini nəzərdən keçirəcəklər.
Həmçinin KTMT-nin Kollektiv Təhlükəsizlik Şurasının təsdiqinə təqdim edilmiş bir sıra sənədlərin, o cümlədən yekun bəyannamənin təsdiqi nəzərdə tutulur.