10 C
Baku
Tuesday, November 26, 2024

“AQTA Azərbaycandan Avropa bazarına heyvan mənşəli qidaların ixracı üçün danışıqlara başlayıb”

Azərbaycan balını xaricə bazarlara çıxarmaq üçün konsepsiya hazırlanmalıdır.

Bunu “Azərbaycan Arıçılar Assosiasiyası” İctimai Birliyinin İdarə Heyətinin sədri Bədrəddin Həsrətov deyib.

Onun sözlərinə görə, hazırda Azərbaycandan ixrac edilən balın miqdarı çox aşağı səviyyədədir.

“Bunun da bir çox səbəbi var. Bazarların araşdırılması, Azərbaycan balının tanıdılması lazımdır. Bundan başqa Avropa ölkələrinə bal ixrac edə bilmirik. Çünki Avropa bazarı Azərbaycandan heyvan mənşəli qidaları qəbul eləmir. Amma Qida Təhlükəsizliyi Agentliyi bu qadağanın aradan qaldırılması üçün danışıqlara başlayıb. Avropa bazarı sabit və bahalı bazardır”,- B.Həsrətov bildirib.

O bildirib ki, dünyada bal bazarı iki yerə bölünür:

“Bir hissəsi günəbaxan, qarabaşaq balı kimi adi ballardır, hansı ki, arı ailələri hektarla əkilən sahələrə yerləşdirilir və burada bal istehsal olunur. Digər növ bal məhsulları isə vəhşi təbiətdən yığılan ballardır, buna premium ballar deyirik. Azərbaycan balı premium məhsulların sırasında dura biləcək baldır. Ərəb ölkələrində Azərbaycan balı kimi keyfiyyətdə olan balların qiyməti 100 dollardan yuxarıdır, lakin biz dünya ölkələrinin çox az hissəsinə bal ixrac edə bilirik”, – mütəxəssis deyib.

B.Həsrətov bildirib ki, Azərbaycanın daxilində də bal satışında çətinlikləri var.

“Əsas səbəb ölkəmizə idxal olunan ballardır. Xaricdən bal idxalı dayandırılarsa, daxili istehsal qorunacaq”, – deyə Assosiasiya sədri bildirib.

MənbəTrend
Son xəbərlər
Digər xəbərlər