“Yaxın vaxtlarda Ukrayna ilə Rusiya arasında sülh danışıqlarının başlayacağını gözləyirəm”.
Bunu Fransa Prezidenti Emmanuel Makron deyib.
Onun fikrincə, danışıqlar Çinin vasitəçiliyi ilə keçirilə bilər: “Noyabrın 15-16-da Balidə keçirilən G20 sammitindən sonra dünya liderləri danışıqlarda Çin lideri Si Cinpinin rolunu başa düşüblər”.
Xatırladaq ki, Emmanuel Makron G20 sammiti çərçivəsində Çin lideri Si Cinpinlə Ukraynadakı müharibəni müzakirə edib.