“Rosselxoznadzor” Azərbaycana məhsul göndərən Rusiya sahibkarlarına xəbərdarlıq edib

Rusiya Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti (“Rosselxoznadzor”) ölkə sahibkarlarını Azərbaycana məhsul ixracı ilə bağlı məlumatlandırıb.

Xidmət dekabrın 1-dən Azərbaycana ixrac edilən məhsulların Azərbaycan dilində etiketlənməsinin vacibliyini diqqətə çatdırıb.

“Rosselxoznadzor” yeni qaydalarla bağlı sahibkarları Azərbaycan qanunvericiliyinə riayət etməyə çağırıb. Belə ki, dekabrın 1-dən Qida Təhlükəsizliyi Agentliyi Azərbaycan dilinə tərcümə olunmadan etiketlənmiş məhsulların ölkəyə idxalını qadağan edəcək.

Son xəbərlər
Digər xəbərlər