2 C
Baku
Saturday, December 14, 2024

“Azersun Holding”in xalis mənfəəti kəskin düşüb

“Azersun Holding” MMC 2021-ci il üzrə maliyyə hesabatını açıqlayıb və məlum oldu ki, onun xalis mənfəəti öncəki ildən xeyli zəifdir.

Banker.az xəbər verir ki, bu barədə konsolidə edilmiş maliyyə hesabatında qeyd edilir. Hesabatı “Grant Thornot” audit şirkəti aparıb.

“Azərsun Holding” ötən ili 28 milyon manat xalis mənfəət ilə başa vurub. Bu da öncəki ildən xeyli zəif göstəricidir. Ötən ilin müvafiq dövründə 73 mln. manatlıq  xalis mənfəət əldə etmişdi.

Qeyd edək ki, holdinq 2020-ci il üzrə maliyyə hesabatında (audit) hesabatını PDF formatında təqdim edərkən görünüş keyfiyyətsiz idi. Cari ildə isə öncəki ildən daha keyfiyyətsiz olmaqla ümumiyyətlə rəqəmlərin oxunması məhduddur.

 

 

2 3212222

 

Azersun Holding-in maliyyə hesabatı 2021

Son xəbərlər
Digər xəbərlər