Kütləvi informasiya vasitələrinin, xüsusən də “The Guardian”ın məlumatına görə, ABŞ texnologiya şirkətləri keçmiş “Twitter” işçilərini aktiv şəkildə işə götürür, onları daha stabil mühit, yaxşı qazanc və ən əsası İlon Maskın olmaması ilə cəlb edir.
Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.
Korporativ rəhbərləri hər bir potensial işçi üçün inklüzivliyə diqqət yetirir və reklam kampaniyalarında İlon Maskın radikal idarəetmə tərzini tənqid edərək “əksinə” hərəkət edirlər. Bu vəziyyət Twitter-dən 3700 nəfərin işdən çıxarılması səbəbindən yaranıb. İşdən uzaqlaşdırılan işçilər arasında həmçinin şirkətin top-menecerləri də olub.
Kütləvi ixtisarlar təkcə “Twitter” deyil, digər sosial şəbəkələrdə də potensial problemlərlə bağlı narahatlıqları artırsa da, “Gartner” analitika şirkətinin hesabatında bu sektorda yüksək işçi dövriyyəsinin olduğu vurğulanır.