Rusiyanın Ukraynadakı hərbi əməliyyatları terrorizmlə mübarizə və Suriyadakı mövcudluğa təsir etməyəcək, Moskvadan Dəməşqə dəstək davam edəcək.
Bu barədə Rusiya Prezidentinin Suriya üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyev Rusiya KİV-ə müsahibəsində bildirib.
“Əlbəttə, bu, Suriya ilə bağlı hərəkətlərimizə birbaşa təsir etməyəcək. Biz ora (Suriyaya) terrorizmə və üzvləri keçmiş Sovet İttifaqı respublikalarından, o cümlədən Rusiya Federasiyası, Qafqaz regionlarından çıxmış terrorçu qruplara qarşı mübarizəyə kömək etmək üçün gəlmişik”, – A.Lavrentyev bildirib.
Rusiya Prezidentinin xüsusi nümayəndəsinin sözlərinə görə, Ukraynadakı hərbi əməliyyatlara baxmayaraq, Rusiya Suriya hökumətinə dəstəyini davam etdirəcək.