11 C
Baku
Tuesday, November 26, 2024

“Azərişıq” Sabirabad üçün 4 milyon manat xərcləyəcək

“Azərişıq” ASC “Bakımexanizasiyanəqliyyat” ASC ilə 4 milyon manatlıq müqavilə bağlayıb.

Banker.az xəbər verir ki, müqavilədə Sabirabad rayonu, Qaratuğay və Ətcələr kəndləri ərazisində 10 və 6 kV-lıq hava xəttinin,KTM-lərin və 0,4 kV-luq ÖİN xətlərinin yenidən qurulması işləri nəzərdə tutulur.

Müqavilənin dəyəri isə 3 785 769 manatdır.

Qeyd edək ki, “Bakımexanizasiyanəqliyyat” ASC 2004-cü ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 128 212 manatdır və qanuni təmsilçisi Zabir Nağıyevdir.

Son xəbərlər
Digər xəbərlər