Avazada Azərbaycan, Türkiyə və Türkmənistan dövlət başçılarının üçtərəfli Zirvə görüşünə hazırlıq gedir.
Bunu Türkiyənin xarici işləri naziri Mövlud Çavuşoğlu Ankarada türkmənistanlı həmkarı ilə birgə mətbuat konfransında deyib.
Nazir bildirib ki, Zirvədən bir gün əvvəl xarici işlər və nəqliyyat nazirlərinin də toplantısının həyata keçirilməsində fayda var.
Onun sözlərinə görə, razılaşmaların imzalanması planlaşdırılır.
Türkmənistan xarici işlər naziri Rəşid Meredov da dövlət başçılarının üçtərəfli Zirvə görüşünə hazırlıq getdiyini qeyd edib.
“Bu, çox faydalı olacaq. Qardaş xalqlar – türkmənlər, azərbaycanlılar və türkiyəlilər birlikdə böyük işlər həyata keçirə bilərik”, – Rəşid Meredov vurğulayıb.