19 C
Baku
Sunday, May 5, 2024

Argentinada meymunçiçəyindən ilk ölüm qeydə alınıb

Argentinada meymunçiçəyindən ilk ölüm halı qeydə alınıb.

Bu barədə çərşənbə axşamı ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

“Noyabrın 22-də ilk ölən – risk qrupunda olan (HİV / AİDS) 44 yaşlı kişi haqqında məlumat daxil olub”, – deyə açıqlamada bildirilir.

Məlumata əsasən, xəstə oktyabrın 9-da reanimasiya şöbəsinə yerləşdirilmişdi.

Qeyd edək ki, noyabrın 22-dək Argentinada 895 meymunçiçəyinə yoluxma aşkar edilib. Səhiyyə Nazirliyinin məlumatına görə, xəstələrin 98.5 faizi kişilərdir.

MənbəTrend
Son xəbərlər
 ⁠
Digər xəbərlər