8 C
Baku
Monday, November 18, 2024

IMF Qafqaz və Orta Asiyada yoxsulluq səviyyəsinin artmasının qarşısını almaq yollarını açıqlayıb

Rusiyadan pul köçürmələrinin azalması və həyatın bahalaşması, Qafqaz və Mərkəzi Asiya regionunda (CCA) əlavə 1 milyon insanı yoxsul vəziyyətə sala bilər.

Bu barədə Beynəlxalq Valyuta Fondunun (IMF) iqtisadçılarının məqaləsində deyilir.

Bildirilir ki, regionda yoxsulluğun azalma tempinin Rusiya- Ukrayna müharibəsi, pandemiyanın iqtisadi təsirləri və ən çox kasıblara təsir edən gəlir itkisi səbəbi ilə yavaşıdılması ehtimalı var.

Qafqaz və Mərkəzi Asiya ölkələrinin Rusiyaya yaxınlığı və sıx iqtisadi əlaqələri səbəbindən Rusiya-Ukrayna müharibəsinin ən ağır təsirlərinə məruz qalacağı gözlənilirdi. Ancaq, region ölkələrinin əksəriyyətində iqtisadi fəaliyyət, bölgəyə maliyyə axını və gəlirlərin artıması da daxil olmaqla, gözlənilməz müsbət təsirlər səbəbi ilə bu günə qədər yaxşı səviyyədədir.

“Bütün bunlara rəğmən, son regional iqtisadi proqnozumuzda göstərildiyi kimi, Ukraynadakı müharibənin inflyasiya və pul köçürmələrinə təsiri ilə CCA ölkələrində yoxsulluq nisbəti təxminən 1 faiz bəndi artacaq. Bu isə, yaxın illərdə təxminən 1 milyon insanın yoxsulluq həqqinə düşə biləcəyini nəzərdə tutur. Ən kasıb ölkələrdəki ən kasıb insanlar müharibənin yükünü daşıyacaq.

Müharibədən əvvəl də bölgədə inflyasiya artmışdı. Bununla birlikdə, müharibənin qlobal qida və enerji daşıyıcılarının qiymətlərinə təsiri inflyasiya ilə bağlı proqnozu daha da pisləşdirib. Hazırda qida qiymətləri müharibədən əvvəlki səviyyələrdən aşağı olsa da, 2021-ci ilin orta göstəricisindən xeyli yüksəkdir”, – məqalədə deyilir.

IMF-in iqtisadçıları hesab edir ki, pul köçürmələri Ermənistan, Gürcüstan, Qırğızıstan, Tacikistan və Özbəkistanda ümumi daxili məhsulun 10-30 %-ni təşkil edir. Rusiya bu ölkələr üçün, xüsusi ilə Qırğızıstan və Tacikistan üçün əsas pul köçürmə mənbəyidir. Tarixən, Rusiyadan pul köçürmələri onun ÜDM-si ilə ciddi şəkildə əlaqəlidir. Belə ki, ÜDM nə qədər çox olsa, pul köçürmələri də o qədər yüksək olub. Bununla birlikdə, Rusiyaya qarşı davamlı sanksiyalar, onun məhsuldarlığına zərər verə bilər, bu isə, miqrasiyada dayanıqlı dəyişikliklərə və Rusiyadan pul köçürmələrində azalmaya səbəb ola bilər. “Rusiyanın proqnozlaşdırılan ÜDM itkilərini nəzərə alsaq, bu azalma mühüm həcmdə ola bilər və bu isə, gəlir dəstəyi mənbəyi olaraq onlara güvənən bir çox ailəyə dərindən təsir edə bilər”, – IMFvurğulayır.

Bildirilir ki, 2023-cü ilə qədər yüksək qida inflyasiyasının, regiondakı bir çox ölkədə yoxsulluq səviyyəsini orrtalama 0.7 faiz bəndi artıracağı gözlənilir. Yoxsulluq səviyyəsinin onsuzda yüksək olduğu ölkələrə isə bu təsir daha yüksək olacaq.

“Bu baxımdan, region ölkələrindən Qırğızıstan və Tacikistan daha çox risk altındadır. Pul köçürmələrinin kəskin azalması, Tacikistanda yoxsulluq səviyyəsini 1.4 faiz bəndi artıra bilər.

Siyasətçilər, sosial təhlükəsizlik şəbəkəsinin əhatə dairəsini, adekvatlığını, ünvanlılığını və səmərəliliyini artırmaq üçün əhəmiyyətli bir investisiya qoyaraq, müharibənin həssas təbəqəyə təsirlərini azaltmalıdırlar. Pul köçürmələrin azalması davam edersə, əlavə hədəfli dəstək tələb oluna bilər.

Hökumətlər, Ukraynadakı müharibənin və Rusiyaya qarşı artan sanksiyaların yoxsulluq səviyyəsinin artmasının qarşısını almaq və son iki onillikdə çətinliklərlə qazanılmış nailiyyətlərini qorumaq üçün indi hərəkətə keçməlidir”, – Fondun iqtisadçıları hesab edir.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər