9 C
Baku
Thursday, December 12, 2024

Mərkəzi Bankla banklar arasında xarici valyutanın alqı-satqısına dair yeni QAYDA tətbiqinə başlanıldı

Mərkəzi Bankın İdarə Heyətinin 15 noyabr 2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə banklar arasında xarici valyutanın alqı-satqısının yenilənmiş qaydası təsdiq edilmiş və Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilərək 30 noyabr 2022-ci il tarixindən qüvvəyə minib.

Bu barədə Banker.az-a AMB-dən bildirilir.

Yenilənmiş qayda “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 6-cı və 7-ci hissələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikası Qanununun 22.0.4-cü maddəsinə uyğun olaraq hazırlanmışdır və Mərkəzi Bank ilə banklar arasında xarici valyutanın alqı-satqısı əməliyyatlarının aparılması qaydalarını tənzimləyir.

Qaydada Mərkəzi Bankın banklarla apardığı valyuta əməliyyatlarının üsulları, forması, şərtləri hazırda istifadə olunan təcrübəyə uyğun müəyyən edilib.

Qaydada Mərkəzi Bankın daxili valyuta bazarında istifadə edə biləcəyi alətlər siyahısında hazırda istifadə olunan alətlərlə yanaşı, valyuta bazarında zərurət yaranacağı hallarda aparıla bilən digər potensial alətlər, o cümlədən forvard, svop, opsion əməliyyatları da yer almışdır.

Həmin alətlər üzrə qiymətin hesablanması metodologiyası da qaydalarda öz əksini tapmışdır.

Son xəbərlər
Digər xəbərlər