9 C
Baku
Thursday, December 12, 2024

Almaniya Ukraynaya yeni hərbi yardım ayırıb

Almaniya Ukrayna Silahlı Qüvvələrinə yeni yardım paketi təqdim edib. Buraya yeddi “Gepard” zenit qurğusu da daxildir.

Bu barədə Almaniya hökumətinin mətbuat xidməti məlumat yayıb.

Almaniya tezliklə Ukraynaya yeni hərbi yardım paketinə, həmçinin 3 ədəd zirehli körpü salan maşın BIBER, 8 yerüstü dron, 12 sərhəd avtomobili, 4 min yataq çantası, 30 təcili yardım maşını daxildir.

Ukrayna, eləcə də “Mi-24” helikopterlərinin təmiri üçün lazım olan ehtiyat hissələri alacaq.

Avadanlığın bir hissəsi Bundesverin anbarlarından, digər hissəsi isə hökumətin modernləşdirmə təşəbbüsü ilə maliyyələşdirilən sənayedən tədarük ediləcək. Almaniya hökuməti təhlükəsizlik baxımından silahların çatdırılma üsulları və vaxtı barədə məlumatın verilməyəcəyini vurğulayıb.

MənbəAzertac
Son xəbərlər
Digər xəbərlər