14 C
Baku
Sunday, November 24, 2024

OPEK+ qərarı Yaponiyanı narahat edir

“OPEK+” ölkələrinin neft hasilatının azaldılması planını saxlamaq qərarı bazarda qeyri-müəyyənliyi artırır.

Bunu Yaponiya Nazirlər Kabinetinin Baş katibi Hirokazu Matsuno bəyan edib.

Onun sözlərinə görə, Tokio “OPEK+”un siyasətini ölkə iqtisadiyyatına təsirini yaxından izləyəcək:

“Yaponiya Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və digər dövlətlərlə dialoqu intensivləşdirməyə hazırlaşır”.

Qeyd edək ki, OPEC+ Monitorinq Komitəsinin üzvü olan Rusiya, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, İraq, Küveyt, Əlcəzair, Venesuela və Qazaxıstan neft hasilatı üzrə cari planın saxlanmasını tövsiyə ediblər. Nazirlər növbəti görüşü fevralın 1-də keçirmək qərarına gəliblər.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər