İranda yeni neft yataqları kəşf olunub.
Bunu İranın Milli Neft Şirkətinin kəşfiyyat işləri üzrə şöbə rəisi Mehdi Fəkur deyib.
O bildirib ki, yeni neft ehtiyatları ölkənin cənub-qərbində aşkar edilib.
Mehdi Fəkur həmçinin, Körfəzin sularında dəniz kəşfiyyat blokunun iranlı mütəxəssislər tərəfindən layihələndirildiyini bildirib: “Bu kəşfiyyat blokunda qaz ehtiyatlarının həcmi 30 trilyon kub futdan çoxdur”.
O, İranın ilk dəfə neft və karbohidrogen yataqlarının müəyyən edilməsi üçün təyyarədən istifadə edərək Yer səthinin 7 min metr dərinliyinə qədər hava maqnitometriya metodundan istifadə etməyə nail olduqlarını açıqlayıb.