2 C
Baku
Saturday, December 14, 2024

Rusiyaya qarşı doqquzuncu sanksiya paketinin detalları açıqlanıb

Yeni anti-Rusiya sanksiyalar paketi çərçivəsində Avropa Komissiyası (AK) Rusiya Federasiyasının dağ-mədən sektoruna yeni investisiyaların qoyulmasına qadağa qoyulmasını təklif etmək niyyətindədir. Bu barədə məlumatlı mənbələrə istinadən “Financial Times” bildirib.

Nəşrin məlumatına görə, AK Rusiyanın mədənçıxarma sektoruna yeni investisiya qoyuluşunun qadağan edilməsini təklif edəcək, lakin yeni qadağa müəyyən növ məhsullar üçün istisnaları əhatə edəcək.

Bundan əlavə, “FT” aydınlaşdırıb ki, doqquzuncu sanksiyalar paketinə daha üç yerli bankla əməliyyatların qadağan edilməsi də daxildir.

Son xəbərlər
Digər xəbərlər