Azərbaycanda banklar bu il öz hesablarına ipoteka kreditlərinin həcmini artırdıqları təqdirdə İpoteka və Kredit Zəmanəti Fondunun yenidən maliyyələşmə üzrə ipoteka kreditlərinin həcmi azalıb.
Banker.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
2022-ci ilin ilk 10 ayında dövlət büdcəsindən fonda ayrılmış vəsaitin həcmi 95 mln. manat olmaqla öncəki ili 34% artıb.
Banklar tərəfindən isə cari ilin ilk 10 ayında əhaliyə 354.8 mln. manat olub ki, bu öncəki ilin eyni dövründən 17% üstün olması deməkdir.
Fond tərəfindən yenidən maliyyələşdirilmiş ipoteka kreditləri öncəki illə müqayisədə 1% azalmaqla ilin ilk 10 ayında 320.4 mln. manata düşüb. Bu göstərici 2021-ci ilin eyni dövründə 323.5 mln. manat idi.
Fond tərəfindən hesabat müddəti ərzində Bakı Fond Birjasından 275 mln. manatlıq ipoteka istiqrazı emissiyası ilə vəsait cəlb edib ki, bu da öncəki ildən 38% çoxdur. İpoteka istiqrazları – ipoteka örtüyü ilə təmin olunmuş istiqrazlardır.
İpoteka istiqrazlarının illik faiz dərəcəsi isə 6.32 faiz olmaqla son üç ayda ardıcıl artımdan sonra ilk azalmadır.
AMB-nin statistikasında qeyd edilir ki, 2022-ci ilin oktyabrında Fond xətti ilə banklardan verilən ipoteka kreditlərinin orta ölçüsü 57 597 manat olub. Bu da son ayda 5% artımdır. Orta aylıq ödəniş isə 405.6 manat olub.