Bu gün keçirilən hərraclar zamanı Avropada qazın 1 000 kubmetrinin qiyməti 1 700 ABŞ dollarını ötüb.
Banker.az xəbər verir ki, 8 dekabr tarixində oktyabr fyuçerslərinin qiyməti TTF (Niderlandın “Title Transfer Facility”i – Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə 1 707.4 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (1 620.4 dollar) ilə müqayisədə 5.4% çoxdur.
Xatırladaq ki, bu ilin 7 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 3 900 dollaradək yüksəlib.